• cümə, 19 Aprel, 05:08
  • Baku Bakı 18°C

Atlanta Yəhudi Akademiyası şagirdlərinin ölkəmizə səfəri dünya mediasında - Fotolar

28.03.17 15:05 887
Atlanta Yəhudi Akademiyası şagirdlərinin  ölkəmizə səfəri dünya mediasında - Fotolar
ABŞ-dakı Atlanta Yəhudi Akademiyasının bir qrup şagirdi Azərbaycana tanışlıq səfərlərindən sonra ölkəmizi "Dini tolerantlığın mayakı” kimi dəyərləndiriblər. Amerikalı yəhudi şagirdlərinin Azərbaycan səfəri cari ilin 13-19 mart tarixlərində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub. Akademiyanın 10-17 yaş arası olan beş məktəblisi ravvin Reuven Trevis və Atlanta yəhudi icmasının rəhbəri Corc Birnbaumun müşayiəti ilə Azərbaycana səfər ediblər. Qeyd edək ki, bu, Atlanta Yəhudi Akademiyası şagirdlərinin Azərbaycana sayca ikinci səfəridir.

Sonuncu səfər dünya mediasında geniş işıqlandırılıb. "Azerbaijan Praised as ‘Beacon of Religious Tolerance’ Following Visit by Children from Atlanta Jewish Academy” başlıqlı xəbər dünyanın 158 kütləvi informasiya vasitələrində dərc edilib. Bunlara 76 milyon gündəlik izləyicisi olan "Yahoo! Finance”, hər birinin 600 000 gündəlik izləyicisi olan "Dow Jones MarketWatch”, və "Yahoo Singapore”, "New York Business Journal” və "Atlanta Business Chronicle” kimi məşhur saytlar, həmçinin ABŞ və Avropada fəaliyyət göstərən onlarla televiziya kanalı və xəbər saytları da daxildir. "Bank of America” bankının nüfuzlu investisiya nəşri"Merrill Edge” və onlayn nəşr olan "Silicon Valley Globe” da bu xəbəri öz səhifəsində yerləşdirib.
"Aserbaidschan wird nach Besuch von Kindern der Atlanta Jewish Academy als ’strahlendes Beispiel religiöser Toleranz’ gelobt” başlıqlı xəbər almandilli ölkələrdə, Berlində yerləşən məşhur "Der Tagesspiegel” nəşri, "AlmaniyadaWall Street: Online” və "Finanznachrichten”, həmçinin Avstriyanın APA-OTS və İsveçrədəki xəbər nəşrləri tərəfindən dərc edilib.

Sözügedən xəbərdə səfər iştirakçılarının Azərbaycan haqqında təəssüratları yer alıb. 17 yaşlı Devora Çeysen Azərbaycandan xoş təəssüratlarla ayrıldığını bildirib. O, Azərbaycanın zəngin tarixi keçmişinə, multikultural mədəniyyətinə xeyran qaldığını və burada özünü tam təhlükəsiz hiss etdiyini vurğulayıb. "Çağdaş dünyada dini bölgü əsasən stereotiplərdən irəli gəlir. Lakin, Azərbaycanda sən qonaqpərvərlik və dostcasına yanaşma ilə qarşılaşırsan və anlayırsan ki, reallıq çox fərqlidir. Bu bizim gözlərimizi açdı", – deyə Devora Çeysen bildirib.

Atlanta Yəhudi icmasının rəhbəri Corc Birnbaumun sözlərinə görə, bütün dünyada artan dini gərginliyi nəzərə alaraq, Amerikadan olan yəhudi uşaqlar üçün Azərbaycan kimi müasir, plüralist və tolerant müsəlman ölkəsi ilə əyani tanışlıq zərurətdir. Burada yəhudi və müsəlman icmaları, hökumət və yəhudi icması arasında həqiqi dostluq vardır.

Birnbaum daha sonra deyib ki, bu, Atlanta Yəhudi Akademiyasının Azərbaycana ikinci səfəri idi və azərbaycanlı şagirdlərin də ABŞ-a səfərlərini təşkil etmək üçün oxşar proqram hazırlanır.

"Biz ümid edirik ki, bu layihə uzunmüddətli nəticələr verəcəkdir. Belə ki, uşaqlar böyüyür və iki ölkə arasında biznes, siyasət, təhsil və digər sahələri inkişaf etdirmək üçün yeni imkanlar yaradır," deyən Birnbaum nitqini yekunlaşdırıb.

"Bu ölkə stereotipləri dağıdır" deyən ravvin Trevis yəhudi uşaqlardan ibarət qrupun özünü Azərbaycanda tam sərbəst hiss etdiyini vurğulayıb: "Fransada mən beysbol papağı taxırdım. Düşünürdüm ki, Parisin küçələrində kippa ilə gəzmək Bakıdan daha təhlükəlidir."

17 yaşlı Ester Bençetrit isə dini tolerantlığın yayılmasının vacıbliyindən bəhs edib. O, dostlarına və ailə üzvlərinə səyahət üçün məhz Azərbaycanı seçməyi tövsiyyə edəcəyini deyib. Ona görə ki, bu ölkə çox gözəldir və insanları mehribandır. Səfər zamanı amerikalı şagirdlər Bakıda İçəri Şəhərin tarixi abidələri ilə taniş olub, Qobustan dövlət tarixi-bədii qoruğunu və Qubada dağ yəhudilərinin sıx məskunlaşdıqları Qırmızı Qəsəbəni ziyarət ediblər.


banner

Oxşar Xəbərlər