AZE | RUS | ENG |


Atıcılıq üzrə Avropa çempionatının 13-cü gününə yekun vurulub

Atıcılıq üzrə Avropa çempionatının 13-cü gününə yekun vurulub
Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 13-cü gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 50 metr məsafədən qaçan hədəfə kişi yeniyetmələr arasında fərdi yarışın qalibi Ukrayna idmançısı olub. Ukrayna təmsilçisi İhor Kizyma 582 xalla qızıl medal qazanıb. Yarışın gümüş medalını 579 xalla rusiyalı Valeri Davudov qazanıb. İlk üçlüyü isə 576 xalla ukraynalı atıcı Maksim Babuşok tamamlayıb.
Əlli metr məsafədən qaçan hədəfə atəşaçmada kişi yeniyetmələr arasında komanda üzrə Ukrayna millisi Bakı Qran-Pisinin qızıl medalını qazanıb. Ukrayna təmsilçiləri İhor Kizyma, Maksim Babuşok, Roman Tovstopiat fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gümüş medalın sahibi isə Valeri Davudov, Laroslav Klepikov, Aleksandr Beltiukov olublar.
Əlli metr məsafədən qaçan hədəfə atəşaçmada kişilər arasında fərdi yarışın qalibi İsveç atıcısı olub. Jesper Nyberg 591 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Emil Martinsson 589 xal yığaraq gümüş medal qazanıb. Çexiyalı Bedric Jonas və Rusiya komandasının təmsilçisi Mixail Azarenko hərəyə 586 xal toplayaraq bürünc medala layiq görülüblər.
Əlli metr məsafədən qaçan hədəfə atəşaçmada kişilər arasında komanda yarışının birincisi İsveç təmsilçiləri olub. Jesper Nyberg, Emil Martinsson, Rikard, Johansson 1762 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rusiya komandasının təmsilçiləri Mixail Azarenko, Maksim Stepanov, Dimitri Romanov isə 1745 (68x) xalla gümüş medal qazanıblar.
Finlandiya yığmasının üzvlərindən Topi Hulkkonen, Heikki Lahdekorpi, Tomi-Pekka Heikkila ümumilikdə 1745 (66x) xal toplayaraq çempionatın bürünc medalına layiq görülüblər.
Dairəvi stend atıcılığının qarışıq komanda yarışlarının qalibi Fransa komandası olub. Fransa təmsilçiləri Terras Anthony, Lucie Anastassiou fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kipr idmançıları Dimitris Konstantinou, Andri Eleftheriou gümüş medal qazanıblar. Çempionatın bürünc medalını İtaliya komandasının atıcıları Qabriele Rossetti, Bacosi Diana qazanıb.
Bu yarışda ölkəmizi təmsil edən Fuad Qurbanov və Regina Meftahətdinova çempionatı dördüncü pillədə başa vurublar.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001