• şənbə, 20 Aprel, 18:20
  • Baku Bakı 24°C

ATGTİ Parisdə törədilmiş terror aktını pisləyir

09.01.15 15:18 1710
ATGTİ Parisdə törədilmiş terror aktını pisləyir
Ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Fransanın paytaxtı Paris şəhərində yerləşən “Şarli Ebdo” (Charlie Hebdo) qəzetinin redaksiyasında törədilmiş terror aktını qətiyyətlə pisləyir.
Bu məqsədələ ATGTİ-nin sədri Şahin İsmayılov Fransa Respublikasının Azərbaycandakı səfiri cənab Paskal Mönyeyə başsağlığı məktubu ünvanlayıb.
Məktubda bildirilir: “Cənab səfir, biz baş vermiş terror aktını qətiyyətlə pisləyir, hadisədə həlak olanların ailələrinə və fransa xalqına Allahdan səbr diləyirik. Biz terrordan əziyyət çəkmiş bir ölkənin vətəndaşları olaraq, terrorun milliyyəti olmadığını düşünür və onun istənilən forması ilə kəskin mübarizə aparılmasının vacibliyini bir daha vurğulayırıq”.
banner

Oxşar Xəbərlər