• cümə, 19 Aprel, 23:15
  • Baku Bakı 24°C

ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə olunması üçün bütün səyləri dəstəkləyəcəyik”

23.02.17 11:20 688
ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə olunması üçün bütün səyləri dəstəkləyəcəyik”
"Avstriya Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər münaqişələrdə irəliləyiş əldə olunması üçün bütün səyləri dəstəkləyəcək”.
APA-nınBMT-nın saytına istinadən verdiyi məlumata görə, bu barədə Avstriyanın xarici işlər naziri,ATƏT-nın hazırkı sədri Sebastyan KurtsBMTTŞ-da çıxışında deyib.
"Avstriya Dnestryanı, Gürcüstanda və Dağlıq Qarabağdakı münaqişələrdə irəliləyişin əldə olunması istiqamətində bütün səyləri dəstəkləyəcək. AvstriyaATƏT-də sədrliyəçox çətin məqamda başlayıb. Hara baxırsan, sülh və təhlükəsizliyə qarşı ağır təhdidləri görürsən” – deyə, o, əlavə edib.
S. Kurtsun sözlərinə görə,ATƏT-ə sədrlik etdiyi dövrdə Avstriya mövcud münaqişələrdə gərginliyi azaltmağa,ATƏTüzv ölkələri arasında qarşılıqlı yardım və etimadı bərpa etməyə, radikalizm və qatı ekstremizmlə mübarizədə dövlətlərin səylərini dəstəkləmək üçün platforma yaratmaq üçün yollar axtaracaq: "Çoxtərəfli əməkdaşlıq sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün yeganə çıxış yoludur”.
banner

Oxşar Xəbərlər