• cümə, 19 Aprel, 14:28
  • Baku Bakı 25°C

ATƏT rəsmisindən təşviqat prosesinə münasibət

20.09.13 11:11 1200
ATƏT rəsmisindən təşviqat prosesinə münasibət
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay hesab edir ki, Azərbaycanda prezidentliyə namizədlərin sənədlərinin qəbulu, yoxlanması və təsdiqi şəffaf şəkildə aparılıb.
K.Tarqay bu gün jurnalistlərə bildirib ki, təmsil etdiyi təşkilat rayonlarda da çoxlu işlər görüb və bütün icra hakimiyyətlərinin rəhbərləri ilə görüşlər keçirilib: "Eyni zamanda 125 seçki dairəsinin sədrləri ilə danışıqlarımız olub".
K.Tarqay ümid etdiyini bildirib ki, Azərbaycanda dünyaya nümunə kimi göstərilə biləcək prezident seçkiləri keçiriləcək.
Səfir əlavə edib ki, Azərbaycanda namizədlərin seçicilərlə görüşmələri üçün də hər cür şərait yaradılıb, yerlər ayrılıb.
banner

Oxşar Xəbərlər