ATƏT PA-nın seçki müşahidə missiyası Azərbaycana gəlib
ATƏTPA-nın seçki müşahidə missiyası Azərbaycana gəlib.
Bu barədə APA-yaATƏTPA-dan məlumat verilib. Bildirilir ki, missiyanın üzvləri iki gün ərzində müşahidə oncəsi görüşlər keçirəcəklər.
ATƏTPA müşahidə missiyasına isveçrəli parlamentar Kiener Nellen rəhbərlik edir.
Missiyaya 20-dən çox ölkədən 40 parlamentar daxildir.