• şənbə, 20 Aprel, 00:27
  • Baku Bakı 15°C

ATƏT PA-nın müşahidəçisi: Seçkinin gedişi barədə rəyimizi sabah açıqlayacağıq

09.02.20 09:51 460
ATƏT PA-nın müşahidəçisi: Seçkinin gedişi barədə rəyimizi sabah açıqlayacağıq
Azərbaycanda keçirilən seçkilərdə ilk dəfə beynəlxalq müşahidəçi kimi iştirak edirəm.
Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi, avstriyalı Hafenecker Kristian deyib.
Onun sözlərinə görə, bütün gün ərzində, səsvermə bitənədək məntəqələrdə müşahidələr aparacaq: "Amma müşahidə aparacağım məntəqələrin dəqiq sayını deyə bilmərəm. Gün ərzində maksimum şəkildə daha çox məntəqədə olmağa çalışacağıq".
Hazırda 16 saylı Yasamal 2-ci Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində müşahidə aparan H.Kristian hələ seçkinin gedişi barədə fikir yürüdə bilməyəcəyini, öz rəylərini sabah keçirəcəkləri mətbuat konfransında açıqlayacaqlarını söyləyib.
Həmin məntəqədə müşahidə aparan ATƏT Parlament Assambleyasının digər beynəlxalq müşahidəçisi Cederfelt Marqareta da deyib ki, seçkinin gedişatı haqqında fikir söyləmək hələ tezdir:
"Gün ərzində 8-12 məntəqədə müşahidə aparacağıq. Yalnız bundan sonra öz rəylərimizi sizinlə bölüşə bilərəm".
banner

Oxşar Xəbərlər