• cümə, 19 Aprel, 14:54
  • Baku Bakı 25°C

ATƏT PA Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdi

07.07.15 19:08 1231
ATƏT PA Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdi
Bu gün Finlandiyanın paytaxtı Helsinkidə ATƏT PA-nın 24-cü illik yay sessiyasında ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyevin müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə qəbul olunub.
Trend-in məlumatına görə, 19 maddədən ibarət olan qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud münaqişələrdən ciddi narahatlıq və bu münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusuilə də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır. Qətnamənin maddələrində münaqişә tәrәflәrinin BMT Tәhlükәsizlik Şurasının müvafiq qәtnamәlәrini yerinә yetirmәlәrinin zəruriliyi, Azәrbaycan, Gürcüstan, Moldova vә Ukraynada münaqişәlәr nәticәsindә mәcburi köçkün düşmüş әhalinin evlәrinә qeyd-şərtsiz qaytarılmaları qeyd edilir.
Qətnamədə beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulmalarına qəti etiraz edilərək, dövlətlərin cəzasızlığına son qoyulması və bu pozuntuların qarşısının alınması, bu cür halların təkrar baş verməsindən yayınmaq və davamlı sülh, ədalət və barışın əldə edilməsi üçün müharibə cinayətləri, soyqırım, insanlıq əleyhinə olan cinayətlər törədən şəxslərin müəyyən edilərək mühakimə olunmaları tələbi irəli sürülür. Həmçinin qətnamədə hәr bir dövlәtin sәrhәdlәrinin, әrazi bütövlüyünün toxunulmazlığı vә әrazilәrin güc yolu ilә qәsb olunmasının qәbuledilmәzliyi bildirilir.
A.Quliyevin müəllifi olduğu qətnamənin ən əhəmiyyətli maddələrindən biri də odur ki, sənəddə xalqların öz müqəddəratını təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin, siyasi müstəqilliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir.
ATƏT Parlament Assambleyası bu qətnaməni qəbul etməklə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını açıq və birmənalı olaraq müdafiə etmiş olub.
Qətnamənin Helsinki Yekun Aktının qəbul olunmasının 40 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu ATƏT PA-nın Helsinkidəki illik sessiyasında qəbul edilməsi bu sənədin siyasi önəmini daha da artırır.
banner

Oxşar Xəbərlər