• cümə, 26 Aprel, 11:52
  • Baku Bakı 12°C

ATƏT nümayəndəsi işğal altında olan Dağlıq Qarabağa səfər edib

13.09.16 20:09 1100
ATƏT nümayəndəsi işğal altında olan Dağlıq Qarabağa səfər edib
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Ancey Kaspşik Azərbaycanın erməni işğalı altında olanDağlıq Qarabağregionuna səfər edib.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, Ancey Kaspşik Xankəndidə separatçı rejim nümayəndələri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi tərəfindən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinqlərlə bağlı məsələləri müzakirə edib.
Bundan öncə Azərbaycanın Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 14-də Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsinin planlaşdırıldığı barədə məlumat yayıb.
banner

Oxşar Xəbərlər