• şənbə, 20 Aprel, 03:34
  • Baku Bakı 15°C

ATƏT nümayəndələrinin Azərbaycana səfərinə dair məlumat

23.06.18 09:15 478
ATƏT nümayəndələrinin Azərbaycana səfərinə dair məlumat
İyunun 18-22-dəATƏT-in 24 nəfərdən ibarət Daimi Nümayəndələr qrupu Ermənistana, Gürcüstana və Azərbaycana səfər edib.
APA-nınATƏT-in saytına istinadən verdiyi xəbərə görə, səfirlər İrəvan, Tiflis və Bakıda hökumət üzvləri,siyasi partiyalarvə vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər.Danışıqlar zamanı təhlükəsizlik, münaqişələr və son siyasi hadisələrə xüsusi diqqət yetirilib.
Səfirlər Azərbaycanda Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyevlə, həmçininMilli Məclisin nümayəndələri,Milli Məclisin vitse-spikeriBahar MuradovavəATƏTParlament Assambleyasının vitse-prezidentiAzay Quliyevlə görüşüblər.
Fransalı səfir Veronik Locer Lakan ümumi təhlükəsizlik naminəATƏT-in əməkdaşlığı daha da genişləndirdiyini vurğulayıb. Səfərin yekununda qonaqlar baş nazirNovruz Məmmədovla görüşüblər. GörüşdəATƏTçərçivəsində gələcək dialoq və əməkdaşlıq perspektivləri müzakirə olunub.
banner

Oxşar Xəbərlər