• cümə, 29 Mart, 09:41
  • Baku Bakı 5°C

ATƏT müşahidəçilərinin rəhbəri: “Seçkilərin nəticələrini tanıyırıq”

10.10.13 15:18 1430
ATƏT müşahidəçilərinin rəhbəri: “Seçkilərin nəticələrini tanıyırıq”
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası Azərbaycandakı seçkilərin nəticələrini tanıyır. Başqa cür ola da bilməz, çünki bu, ölkənin suverenliyinə müdaxilə olardı”.
APA-nın xəbərinə görə, bunu ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen jurnalistlərin suallarına cavabında deyib. O bildirib ki, Azərbaycanda bir çox “exit-poll” keçirilib və onların hamısı demək olar ki, eyni nəticəni göstərib, ona görə də müşahidəçilərin bir sıra məntəqələrdə səslərin sayılması zamanı qeydə aldıqları pozuntulara baxmayaraq, nəticələr arasındakı fərq 4 faizdən çox ola bilməz. M. Vuazenin sözlərinə görə, bu, siyasi yox, texniki qeyddir.
Xatırladaq ki, ATƏT-in müşahidə missiyasının bəyanatında məntəqələrin 11%-də səsvermə zamanı pozuntular müşahidə olunduğu bildirilib.
banner

Oxşar Xəbərlər