• cümə, 19 Aprel, 13:54
  • Baku Bakı 25°C

ATƏT missiyası ABŞ Konqressinə seçkiləri rəqabətli və azad adlandırıb

08.11.18 09:22 416
ATƏT missiyası ABŞ Konqressinə seçkiləri rəqabətli və azad adlandırıb
ABŞ Konqressinə keçiirlən seçkilər yeksək səviyyədə təşkil edilib, rəqabətli və azad olub.
Trend-in məlumatına görə, bu barədə ATƏT-in qısamüddətli missiyasının Georgi Tsereteli ABŞ Konqressinə keçirilən seçkilərin yekunları üzrəmətbuat konfransında deyib.
Xatırladaq ki, ötən gün ABŞ Konqressinə və yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə Senatın 35 üzvü, Nümayəndələr Palatasının 435 üzvü, ştatların və ərazilərin qubernatorları, ştatların qanunverici məclislərinin 6073 üzvü, hakimlər və məktəb dairələrinin şura üzvləri seçiliblər. Seçkilərin yekunları üzrə respublikaçılar Senatda çoxluqlarını qoruyub saxlayıb, demokratlar isə ilk dəfə Nümayəndələr Palatasında çoxluq əldə ediblər.
banner

Oxşar Xəbərlər