• cümə, 26 Aprel, 20:49
  • Baku Bakı 22°C

ATƏT-in xüsusi nümayəndəsi həmsədrləri tənqid etdi

22.02.18 16:16 429
ATƏT-in xüsusi nümayəndəsi həmsədrləri tənqid etdi
ATƏTPA-nın istefa verən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian VigeninATƏT-in Minsk qrupu həmsədrlərinin işini tənqid edib.

APA-nın məlumatına görə, bu günATƏTPA-nın Vyanadakı qış sessiyasında final hesabatı ilə çıxış edən K. VigeninATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəATƏT-in Minsk qrupu həmsədrləri ilə əməkdaşlıq və koordinasiya şəklindəATƏTPA-nın regionda rolunun gücləndirilməsi ilə bağlı bir sıra səylər irəli sürdüyünü deyib: "Lakin həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfəATƏTPA-nın dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Mən onlarla bu məsələ ilə bağlı görüşlərimi bölüşmək və parlamentarilərin bu prosesdə rolunun artırılmasının vacibliyini danışmaq üçün bir dəfə görüşə bildim.

Biz fəaliyyətimiz barədə gələcəkdə də məlumat mübadiləsi barədə razılığa gəldik, lakin bu məsələyə ciddi şəkildə cəlb edilən olmadı.

Onların işi hələ də qapalı olaraq qalır. Həmsədrlər yalnız nadir hallarda özündə az məlumat əks etdirən press-relizlər yayırlar”.
banner

Oxşar Xəbərlər