• çərşənbə axşamı, 23 aprel, 22:02
  • Baku Bakı 20°C

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir

13.06.18 11:10 550
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir
ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Ermənistanda səfərdədir.

APA-nın "armenpress”ə istinadən verdiyi məlumata görə, vasitəçilər Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər.

Görüşdə tərəflərDağlıq Qarabağmünaqişəsinin həllinə, danışıqlar prosesinin irəli aparılması imkanlarına dair fikir mübadiləsi aparıblar.

Z. Mnatsakanyan Ermənistanın münaqişəninATƏTMinsk qrupu çərçivəsində yalnız sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.

HəmsədrləriATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi Anjey Kaspşik müşayiət edir.

Həmsədrləri Azərbaycana səfəri nəzərdə tutulmayıb.
banner

Oxşar Xəbərlər