ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək

Cəmiyyət
17 Yanvar 2020, 13:30 448
Bu ilin birinci rübündə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri nəzərdə tutulub.
 
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək.
 
E.Məmmədyarov səfərin dəqiq tarixinin daha sonra müəyyənləşəcəyini bildirib.