• cümə, 29 Mart, 16:21
  • Baku Bakı 14°C

“ATƏT-in faktaraşdırıcı missiyası niyə 10 ildir işləmir?!"

11.08.20 14:45 593
“ATƏT-in faktaraşdırıcı missiyası niyə 10 ildir işləmir?!"
"ATƏT-in faktaraşdırıcı missiyası niyə 10 ildir işləmir?! Yaxın Şərqdən ermənilərin işğal altındakı torpaqlara köçürülməsi yolverilməzdir. Bu vətəndaşlar arasında həm də terrorçular var!”.
BunuSİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloq xatırladıb ki, cənab Prezident də elə ötən ay öz çıxışlarının birində qanunsuz köçürülmə siyasətini pisləyib, ATƏT-in faktaraşdırıcı missiyasının son dövrlərdə regiona gəlməməsini tənqid etmişdi: "Doğrudan da, ATƏT-in faktaraşdırıcı missiyaları sonuncu dəfə 2005-2010-cu illərdə Azərbaycanın ciddi təhriki ilə işğal edilmiş ərazilərdə olub, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı hesabatlarında qeyd olunmuşdur. Lakin artıq uzun müddət keçib və bu dövr ərzində Suriyadan ailələrin bölgədə yerləşdirilməsinə dair məlumatlar var. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır. İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də, ilhaqçı siyasətin həyata keçirilməsidir.
Avqustun 8-i XİN də, erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi ilə bağlı məlumatlara münasibət bildirib.”İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır”.
banner

Oxşar Xəbərlər