• çərşənbə, 24 Aprel, 14:09
  • Baku Bakı 27°C

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib

25.04.18 20:22 564
ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
ATƏT-in baş katibi Tomas Qremingerİlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Azərbaycanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına uzun müddətdir ki, göstərdiyi sadiqlik yüksək təqdirə layiqdir. Mən ölkənizin bütün vətəndaşları üçün demokratik, təhlükəsiz və sabit şərait yaradılmasında Sizin səylərinizi yüksək dəyərləndirirəm.ATƏThərtərəfli təhlükəsizlik və təşkilatın öhdəliklərinin icrası məsələlərində Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirmək, eləcə dəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşik və onun xüsusi nümayəndələrininATƏT-in Minsk qrupu çərçivəsindəki fəaliyyəti ilə Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə həllinin tapılması səylərinə dəstək vermək niyyətinə sadiqdir.ATƏT, həmçinin Azərbaycanda demokratik idarəçilik, təhlükəsizlik və iqtisadi tərəqqi sahələrində islahatların daha da gücləndirilməsinə hər an dəstək verməyə hazır olduğunu bildirir. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
banner

Oxşar Xəbərlər