• şənbə, 20 Aprel, 15:16
  • Baku Bakı 23°C

ATƏT-in Bakı ofisi destruktiv fəaliyyət göstərib

23.06.15 13:47 1370
ATƏT-in Bakı ofisi destruktiv fəaliyyət göstərib
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin fəaliyyəti dayandırılıb. “Kaspi” qəzeti bunun səbəbləri haqqında politoloqların fikirlərini öyrənib.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, ATƏT-i şəxsi qurumu hesab edən dövlətlərin Azərbaycana qarşı olan münasibəti nəticəsində ATƏT-in Bakı ofisinin fəaliyyəti dayandırıldı: “Bu məsələdə Azərbaycan dövlətinin başqa yolu yox idi. Ölkəmiz bu addımı atmağa məcbur idi. ATƏT-in Azərbaycandakı keçmiş layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edərkən şəkil çəkdirib. Bu, sadəcə olaraq, dünyanın hər yerində qəbul olunmuş protokoldur. ABŞ səfiri Robert Sekuta da etimadnaməsini təqdim edərkən prezidentlə şəkil çəkdirib. Həmçinin Fransa səfiri də prezidentlə görüş zamanı bu protokol qaydalarına əməl edib. Belə çıxır ki, Fransa və ABŞ səfirləri əslən azərbaycanlı Fransa vətəndaşı Aleksis Şahtaxtinskidən fərqli olaraq prezidentlə şəkil çəkdirə bilər. Həmçinin Aleksis Şahtaxtinskinin nəsli Azərbaycan ilə Avropa arasında körpü yaradıb. Əgər Qərb dövlətləri ölkəmizin qabağa gedən avropalaşmış nümayəndəsini qəbul etmirsə, deməli, onlar təkcə Azərbaycan dövlətinə deyil, həmçinin dünya azərbaycanlılarına qarşı mübarizə aparırlar. İlham Əliyev də dünya azərbaycanlılarının bağlandığı Azərbaycan Respublikasının Prezidentidir. Dünya azərbaycanlıları İlham Əliyevi özlərinin lideri kimi qəbul edir. Ona görə də Aleksis Şahtaxtinskiyə qarşı olan bu cür münasibətə Prezident dözməli deyil. Həmçinin Aleksis Şahtaxtinskinin səlahiyyətlərinə xitam verilməsinin əsas səbəblərindən biri onun Dağlıq Qarabağ münaqişəsi haqqında olan fikirləri idi. O, bir neçə dəfə ATƏT-in Minsk qrupunu fəaliyyətsizliyinə görə diplomatik tərzdə tənqid edib. Əgər onu bu tənqidinə görə vəzifəsindən çıxarıblarsa, bu halda Azərbaycan Prezidenti buna cavab verməli idi. Buna görə də Prezidentin bu addımını müsbət qiymətləndirirəm. O cümlədən ATƏT-in Bakı ofisi həmişə ölkəmizə qarşı destruktiv fəaliyyət göstərib. 2013-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində də onların mənfi mövqeləri aydın görünürdü. Lakin ATƏT Ermənistanda keçirilən seçkilərə aid heç bir reaksiya göstərməyib. İrəvanda insanlar öldürülsə də, seçkilər saxtalaşdırılsa da, ATƏT bu barədə heç bir bəyanat verməyib. Ermənistandan fərqli olaraq, Azərbaycanda seçici siyahılarının internetdə yerləşdirilməsi qanunla qadağa edilməyib. Üstəgəl, ATƏT Ermənistanda 2013-cü ilin fevralında keçirilən prezident seçkiləri ilə bağlı yekun rəy bildirməyib. Lakin özlərinin ölkəmizdə yaratdıqları saxtakarlıqları qeydə qalmaqla məşğuldurlar. Mən hesab edirəm ki, Aleksis Şahtaxtinskiyə olan münasibətlərinə görə ATƏT-in Bakı ofisi bağlanmalı idi. Aleksis Şahtaxtinskidən üzr istənilməyənə və ona yeni vəzifə verilməyənə qədər bu qərar dəyişdirilməli deyil”.
Politoloq qeyd edib ki, Azərbaycan ilə Qərb ölkələri arasında olan münasibətlərin gərginləşməsində elə onların özləri günahkardır: “Onlar bizdən inqilab etmək istəyən adamları azad etməyi tələb edirlər. Qərb dövlətlərinin Azərbaycan qarşı münasibəti çox pisdir. Biz onlarla danışıqlar aparsaq da, bu barədə fikirlərini dəyişməyiblər və ölkəmizə qarşı təzyiqləri davam etdirirlər. Lakin onlar bilməlidir ki, bizim üçün müstəqillik hər şeydən üstündür. Qərb dairələri Azərbaycan barəsində təzyiq dilli ilə danışmaqdan əl çəksə, ölkəmiz öz siyasətini dərhal dəyişəcək”.
Politoloq Elman Nəsirov deyib ki, ATƏT-in Bakı ofisinin bağlanmasının məsuliyyəti elə ATƏT-in üzərinə düşür: “Azərbaycan həmişə beynəlxalq təşkilatlarla əməkdaşlıq və inteqrasiya xəttinə sadiq olub. Ölkəmiz bu istiqamətdə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Lakin bir çox hallarda qarşı tərəf adekvat addımlar atmır. Bu baxımdan ATƏT və onun Bakı bürosu istisna təşkil etmir. ATƏT-in Bakı ofisi üzərinə düşməyən vəzifələri yerinə yetirməli deyildi və bunun məsuliyyətini başa düşməli idi. Lakin ölkəmiz bütün bunlara baxmayaraq, ATƏT-lə münasibətlərin inkişafında həmişə maraqlı olub. Azərbaycan bu qurumla Minsk qrupu çərçivəsində də əməkdaşlığa həmişə sadiqdir. Baxmayaraq ki, ölkəmiz bir çox hallarda bu qurumun fəaliyyətindən də narazıdır. Lakin Azərbaycan bu təşkilatın üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə ümid edir”.
O, qeyd edib ki, ATƏT-in ölkəmizin maraqlarına zidd olan siyasi xətti onun Bakı ofisinin bağlanmasına gətirib çıxardı: “Əsasən də qarşı tərəfin Aleksis Şahtaxtinski barəsində olan mövqeyi münasibətlərin pozulmasının əsas səbəblərindən biridir. Həmçinin ATƏT-in Bakı ofisi bir çox hallarda obyektiv olmayan davranış tərzi həyata keçirib. Onlar reallığa söykənməyən, siyasi sifarişlə fəaliyyət göstərirdi”.
E.Nəsirov vurğulayıb ki, bəzi Qərb dairələri I Avropa Oyunları öncəsi Azərbaycana təzyiq göstərməyə çalışır: “Həmçinin onlar bu hadisədən də siyasi manipulyasiya elementi kimi istifadə edəcəklər. ATƏT-in Bakı ofisinin bağlanması təzyiq üçün növbəti bir bəhanə olacaq. Amma Qərb dövlətlərində sağlam düşüncəli siyasətçilər də mövcuddur. Həmin şəxslər ölkəmizin müstəqil siyasət yürütdüyünü başa düşürlər. Azərbaycan dövləti son dövrlərdə yalnız öz maraqları çərçivəsində, heç bir qüvvənin diktəsi olmadan fəaliyyət göstərib”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər