• çərşənbə axşamı, 16 aprel, 09:22
  • Baku Bakı 14°C

ATƏT: Donbasda münaqişə tərəfləri ağır silahları geri çağırmağa razılaşıblar

01.02.17 21:29 1022
ATƏT: Donbasda münaqişə tərəfləri ağır silahları geri çağırmağa razılaşıblar
Donbasda münaqişə tərəfləri fevralın 5-dək ağır silahları geri çağırmağa razılaşıblar.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunuATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bəyan edib.
"Münaqişə tərəfləri fevralın 5-dək silahları geri çəkməyə razılaşıblar. Lakin Ukrayna üzrə təmas qrupunun son bəyanatında atəşkəsin pozulmasına görə hər hansı sanksiya nəzərdə tutulmayıb”, deyə M.Saydik bildirib.
Onun sözlərinə görə, təmas qrupunun iclasında əsas mövzu təhlükəsizliyin bərpası olub.
Bundan əvvəl Minskdə keçirilən görüşdə Ukrayna üzrə təmas qrupu tərəfləri fevralın 5-dək silahları geri çəkməyə çağırıb.
Qeyd edək ki, Donbas regionunda son günlər vəziyyət gərginləşib. Tərəflər atəşkəs rejiminin pozulmasında bir-birini günahlandırır.
banner

Oxşar Xəbərlər