• cümə, 29 Mart, 04:24
  • Baku Bakı 7°C

ATƏT-dən Ermənistanın məhkəmə sisteminə Etiraz

23.07.14 10:24 824
ATƏT-dən Ermənistanın məhkəmə sisteminə Etiraz
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç Ermənistanda məlumat mənbəyinin açıqlanması ilə bağlı məhkəmə sistemi tərəfindən KİV-ə edilən təzyiqlərdən narahatlığını ifadə edib.
APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, D. Miyatoviç iyunun 26-da İrəvan məhkəməsinin “Hraparak” qəzeti və “ilur.am” xəbər portalı barədə çıxardığı qərarlara etiraz edib.
Məhkəmə qərarlarına görə, sözügedən KİV-lər Şirak bölgəsində gedən və yüksək vəzifəli polis məmurlarının da cəlb olunduğu istintaq prosesinə dair hazırladıqları materialda gizli məlumat mənbələrini məhkəməyə açıqlamalıdırlar. Bu isə ATƏT-in nümayəndəsi tərəfindən demokratik prinsiplərə, media azadlığına və insan haqlarına təzyiq kimi qiymətləndirilib.
“Mən narahatam ki, bu cür yanaşmalar medianın ictimai maraq kəsb edən məsələləri işıqlandırmasına mane olacaq. Jurnalistlərin peşəkar sirlərinin olmasını və məlumat mənbələrini açıqlamamaq haqları nəzərə alınmalıdır”, - deyə Miyatoviç vurğulayıb.
O qeyd edib ki, jurnalistlərinin mənbəni qorumaq hüququ analitik jurnalistikanın əsas prinsipidir və bu, ATƏT tərəfindən ifadə azadlığının əsas tələbi kimi dəfələrlə bəyan edilib.
banner

Oxşar Xəbərlər