• cümə, 29 Mart, 04:47
  • Baku Bakı 7°C

ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb

17.10.17 21:15 2433
ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
AvstriyanınATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentləriİlham ƏliyevvəSerj SarkisyanarasındaATƏTMinsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşünü diqqətllə izləyib.
APA-nın xəbərinə görə, bu barədəATƏTsədrliyinin mətbuat xidmətinin yaydığı bəyanatdadeyilir.
Bəyanatda daha sonra deyilir: "Biz prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq.Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır.ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən təmsil olunanATƏTsədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır”.
banner

Oxşar Xəbərlər