• cümə, 29 Mart, 02:17
  • Baku Bakı 7°C

“Atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu necə olacaqsa, Türkiyənin də rolu elə olacaq”

12.11.20 10:34 323
“Atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu necə olacaqsa, Türkiyənin də rolu elə olacaq”
"Atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu necə olacaqsa, Türkiyənin də rolu elə olacaq”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M. Çavuşoğlu deyib ki, sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə işçi qrupu yaradılaraq fəaliyyət prinsipləri müəyyənləşdiriləcək: "Atəşkəsə nəzarət havadan, qurudan həyata keçiriləcək. Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi”.

banner

Oxşar Xəbərlər