• cümə axşamı, 18 aprel, 22:48
  • Baku Bakı 21°C

Atəşkəs yenə pozuldu

30.09.13 08:11 1172
Atəşkəs yenə pozuldu
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
banner

Oxşar Xəbərlər