• cümə, 26 Aprel, 07:03
  • Baku Bakı 12°C

Atəşkəs rejimi 85 dəfə pozulub

08.06.18 10:45 498
Atəşkəs rejimi 85 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 85 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Quşçu Ayrım, Məzəm kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonununAğdamkəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olanAğdamrayonunun Abdinli, Qaraqaşlı, Mərzili,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz,Cəbrayılrayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,Ağdam,XocavəndvəFüzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər