• cümə axşamı, 28 mart, 13:23
  • Baku Bakı 16°C

Atəşkəs rejimi 43 dəfə pozulub

12.07.20 09:32 430
Atəşkəs rejimi 43 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağdam rayonunun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər