• cümə axşamı, 28 mart, 18:51
  • Baku Bakı 13°C

Atəşkəs rejimi 135 dəfə pozulub

12.05.17 10:40 873
Atəşkəs rejimi 135 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (13 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Fərəhli, Kəmərli, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Ayqedzor, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonununAğdam, Ağbulaq, Muncuqlu, Koxanəbi, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olanAğdamrayonunun Nəmirli, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Mərzili,Füzulirayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli vəCəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,Ağdam,XocavəndvəFüzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər