• şənbə, 20 Aprel, 02:10
  • Baku Bakı 15°C

Atəşkəs rejimi 126 dəfə pozulub

18.01.18 11:15 439
Atəşkəs rejimi 126 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdamrayonunun işğal altında olan Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz,Cəbrayılrayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər,Ağdam,XocavəndvəFüzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər