• cümə, 29 Mart, 12:46
  • Baku Bakı 14°C

Atəşkəs pozuldu, əsgərimiz yaralandı

10.10.13 09:33 1479
Atəşkəs pozuldu, əsgərimiz yaralandı
APA-nın məlumatına görə, hadisə dünən cəbhənin Füzuli istiqamətində qeydə alınıb.
Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Tərlan Nizami oğlu Cırıyev düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.
Qeyd edək ki, T. Cırıyev İsmayıllı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
banner

Oxşar Xəbərlər