• cümə, 19 Aprel, 21:05
  • Baku Bakı 24°C

Atəşkəs 39 dəfə pozulub

21.01.17 10:45 913
Atəşkəs 39 dəfə pozulub
Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.
APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Berkaber, Azatamut və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı, Cəfərli, Köhnəqışlaq kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi,Ağdamkəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt,Ağdamrayonunun Yusifcanlı, Şuraabad,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy,Xocavənd,FüzulivəCəbrayılrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər