“Ateltiko”nun azarkeşini bıçaqladılar
İspaniya kubokunun 1/4 finalında keçirilən "Atletiko” -"Sevilya”
oyunundan əvvəl insident yaşanıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmadan əvvəl "Atletiko”nun azarkeşi
bıçaqlanıb. 26 yaşlı fanat 3 bıçaq zərbəsi alıb.
Hadisə stadionun yaxınlığında baş verib. Azarkeş "Ateltiko”nun fanat
qruplarından birinin üzvü olub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qarşılaşma "Sevilya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.