• cümə, 29 Mart, 13:36
  • Baku Bakı 14°C

Atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş Prezident olduğunuzun göstəricisidir

16.05.20 16:37 538
Atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş Prezident olduğunuzun göstəricisidir
Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Kaspi.az Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubların bir qismini təqdim edir.
Laçın rayonundan məcburi köçkün, 2-ci qrup Qarabağ müharibəsi əliliMüseyib İbrahimovyazır: "Cənab Prezident, dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. Bu infeksiyanın dünyanın ən qüdrətli ölkələrində ciddi tələfatlara səbəb olsa da, Azərbaycana ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, respublikamızda görülən tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin əllərdə olduğunu bir daha nümayiş etdirir, xalqımızı qürurlandırır.
Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınıza görə Sizə və Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun!”.
Neftçala rayonunun Ərəbqardaşbəyli kəndindən Qarabağ müharibəsi veteranıNaib Məmmədovunməktubunda deyilir: "Möhtərəm cənab Prezident, Siz bizim güvən yerimiz və dayağımızsınız. Sizə təşəkkür etməklə az da olsa, borcumdan çıxmağa çalışdım.
Əziz Prezidentimiz, hazırda dünyada baş verən hadisələr hamıya bəllidir. Belə bir çətin dövrdə Sizin pandemiya ilə qətiyyətlə mübarizə apardığınızın şahidiyik. Eyni zamanda, ədalətsiz, rüşvətxor məmurlara qarşı apardığınız mübarizə də göz qabağındadır. Bir Qarabağ qazisi olaraq hər zaman Sizin yanınızdayam, möhtərəm cənab Prezident!
Koronavirus kimi qlobal məsələlər fonunda əhalinin sosial rifahı üçün atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş Prezident olduğunuzun göstəricisidir. Qonşu Bala Surra kəndinin qazlaşdırılması istiqamətində görülən işlərə görə bütün kənd sakinləri adından Sizə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayıram”.
Goranboy rayonunun Meşəli kəndindən gənc müəllimElçin Nurməmmədovdövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: "Hörmətli cənab Prezident, koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə gənc müəllim olaraq öz adımdan və ailəmizin adından Sizə təşəkkürümü bildirirəm. Pandemiyanın qarşısını almaq məqsədilə görülən bütün tədbirlər alqışalayiqdir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də təhsildir. Biz müəllimlər təhsilin, həmçinin qaçqınların və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılmasının hər zaman diqqətinizin mərkəzində olmasının şahidiyik.
Cənab Prezident, əmin ola bilərsiniz ki, "Biz birlikdə güclüyük!" çağırışınızı biz müəllimlər də yaşam amalına çevirmişik. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, müstəqil, güclü Azərbaycan dövlətinin və xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyəcəyik. Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə Sizi və ailənizi qorusun!”.
Göyçay rayonunun sakiniCeyhun Mütəllimovyazır: "Hörmətli cənab Prezident, xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Bu sözlər Ulu Öndərimiz Heydər Əliyevə məxsusdur. Bu gün xalqımızın üzləşdiyi çətin günlərdə Sizin həyata keçirdiyiniz işlər hər bir vətəndaşın taleyinin dövlət üçün nə qədər qiymətli olduğunu göstərdi. Xalq-iqtidar birliyini yaratdığınıza görə Sizə bir Azərbaycan ziyalısı kimi öz minnətdarlığımı bildirirəm. Sizin gördüyünüz bütün işlər xalqın həyat səviyyəsinin yaxşılaşdırılması üçündür. Fəaliyyətiniz göz qabağındadır. Xalq Sizi sevir, daxili və xarici siyasətinizi alqışlayır, xoş və çətin günlərdə Sizinlə birgə olduğunu bildirir.
Cənab Prezident, biz Sizinləyik, biz birlikdə güclüyük!”.
Siyəzən rayonunda yaşayan məktəbliSeyidzəhra İsmayılova: "Əziz və hörmətli Prezidentimiz, mənim 12 yaşım var. Bir məktəbli olaraq Sizinlə fəxr edirəm. Çox sevinirəm ki, ölkəmizə Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Bizim ailəmiz Sizi daim dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin tapşırığınızla görülən işlər bu bəlanın qarşısını almağa kömək etdi. Qaydalara tam riayət edirəm. Bir məktəbli olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Əminəm ki, tezliklə məktəblər açılacaq və biz təhsilimizi davam etdirəcəyik. Allah Sizi və xalqımızı qorusun!”.
Kürdəmir rayonunda yaşayan 71 yaşlı təqaüdçü müəllimElza Yunusovaxalqımıza göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək yazır: "Əziz və hörmətli Prezidentimiz, mən 71 yaşlı təqaüdçü müəllim, tələbə, əsgər nənəsi olaraq Sizə və Mehriban xanıma xalqımıza qayğı ilə yanaşdığınıza görə təşəkkür edirəm. Dünyanı qəflətən bürüyən koronavirus bəlasının yaratdığı çətin dövrdə Siz hamımıza hərtərəfli dayaq oldunuz, hər bir vətəndaşı ayrı-ayrılıqda diqqət və qayğı ilə əhatə etdiniz. Xalqına daim böyük qayğı göstərən, onun yolunda hər bir çətinliyə sinə gərən ulu öndər Heydər Əliyevin varisi, düşünürəm ki, belə də etməlidir. Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm. Bu xeyirxah əməllərinizdə yolunuz daim açıq, işiniz avand olsun”.
Yevlax rayonunun Ərəş kəndinin sakiniMais Mehdiyevinməktubunda qeyd edilir: "Hörmətli cənab Prezident, dünyanı öz əsarətinə almış koronavirus xəstəliyi Azərbaycana çox zəif təsir göstərə bildi. Sizin uğurlu daxili və xarici siyasətiniz dünya ictimaiyyəti tərəfindən hörmətlə qarşılanır. Pandemiya dövründə Azərbaycanda xalqın maarifləndirilməsi, karantin rejiminin düzgün həyata keçirilməsi, həkimlərin, tibb işçilərinin gərgin fəaliyyəti ilə dövlətimiz koronavirus xəstəliyinə qalib gəlməkdədir. Bu işlərin hamısı Sizin və Mehriban xanımın sayəsində həyata keçirildi. İşləməyən insanlara birdəfəlik 190 manat verilməsi də bütün xalqın sevincinə səbəb olub. Mən bir zəhmətkeş insan kimi deyirəm ki, Sizin adınız tarixə qızıl hərflərlə həkk olunur.
Möhtərəm Prezident, bizim kənd da daxil olmaqla üç kəndin əhalisi yolumuzun yaxşı vəziyyətdə olmaması ilə əlaqədar Sizə məktub ünvanlamışdıq. Sizin tapşırığınızla bu kəndlərin yoluna geniş və keyfiyyətli asfalt döşənib, 5-6 yerdə dayanacaqlar quraşdırılıb. Həmin kəndlərin əhalisi də Sizə uzun ömür, cansağlığı arzulayır”.
Sabirabad rayonundanGülər Xankişizadəyazır: "Hörmətli cənab Prezidentimiz, mən Sizə çox minnətdaram. Ona görə ki, bütün dünyanın çətin vəziyyətdə olduğu bir vaxtda Siz xalqımızın yanında oldunuz. Biz magistrlərın müavinətlərini, müəllimlərin və digər dövlət işçilərinin maaşlarını verdiniz. Əhaliyə bu çətin zamanda böyük dayaq oldunuz. Hazırda korrupsiya ilə bağlı gördüyünüz işlər çox təqdirəlayiqdir. Siz bizim sağlamlığımızı bizdən daha çox qoruyursunuz. Bütün bunlara görə Sizə bir daha təşəkkür edirəm”.
Bakı şəhərinin Nərimanov rayonunun sakiniŞaiq İsmayılov:"Hörmətli cənab Prezident, yaxşı anlayıram ki, hazırda dünyada və ölkəmizdə mövcud olan vəziyyətlə əlaqədar gərgin iş qrafikində çalışırsınız. Bu çətin vəziyyətdə xalqımıza göstərdiyiniz dəstəyə, etdiyiniz yardıma görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkürümü bildirirəm. Sizə işlərinizdə uğurlar arzu edirəm. Allah köməyiniz olsun. Sizə uzun ömür, möhkəm cansağlığı diləyirəm, hər zaman sağlam olun. Allah Sizi Azərbaycan xalqına çox görməsin!”.
Cəbrayıl rayonundan məcburi köçkün, 86 yaşlıZərnisə Allahverdiyevadövlətimizin başçısına minnətdarlıq edərək yazır: "Hörmətli cənab Prezident, 86 yaşlı ana kimi Cəbrayıl rayonundan məcburi köçkünlər adından bu çətin günlərdə bizlərə və bütün xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildirir, bütün qərarlarınızı dəstəklədiyimizi bəyan edirəm. Sizin bu günlərdəki fədakarlığınız göz önündədir və indiki ağır vəziyyətdə xalqımızı düşündüyünüz, hər bir vətəndaşa dəstək olduğunuz üçün çox sağ olun. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının vaxtında alınması üçün gördüyünüz tədbirləri alqışlayır, tövsiyələrinizi yüksək dəyərləndiririk. Hər zaman Sizə minnətdarıq. Var olun, cənab Prezident!”.
banner

Oxşar Xəbərlər