• çərşənbə axşamı, 23 aprel, 13:25
  • Baku Bakı 24°C

“AtaSığorta” jurnalistlər üçün PR-tur keçirdi

21.07.15 18:33 1455
“AtaSığorta” jurnalistlər üçün PR-tur keçirdi
İyulun 21-də “AtaSığorta” ASC jurnalistlər üçün PR-tur keçirdi. PR-turun gedişində “AtaHolding” ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova və “AtaSığorta” Marketinq və Kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev “AtaHolding” ASC və “AtaSığorta” ASC-nin PR sahəsində 2015-ci ilin 6 ayı ərzində apardıqları iş barədə məlumat verdilər.
D.Zamanova bildirdi ki, “AtaSığorta” ASC “AtaHolding”in digər struktur bölmələri kimi sosial proqramlarda, xeyriyyəçilik tədbirlərində fəal iştirak edir, həmçinin mədəniyyətin və incəsənətin, idmanın inkişafına, ölkədə təhsilin səviyyəsinin yüksəldilməsinə yönəldilmiş layihələri dəstəkləyir və Korporativ Sosial Məsuliyyət sahəsində bir sıra uzunmüddətli sponsorluq müqavilələrinə malikdir: “Uzun illər boyu “AtaSığorta” və “AtaHolding” AzTV kanalında olduqca populyar olan “Nə? Harada? Nə vaxt?” intellektual şousunun sponsorlarıdır. Həmçinin əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün Şağanda yerləşən internat evinin şagirdləri üçün xeyriyyəçilik aksiyaları keçirir, digər sosial layihələri gerçəkləşdiririk”.
2015-ci ilin 6 ayı ərzində KİV-də 49 pres-relizin təqdim edildiyini deyən natiq tədbirdə iştirak edən jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik etdi, KİV-in iqtisadiyyatın maliyyə sahəsində baş verən hadisələri ictimaiyyətə çatdırılmasında danılmaz xidmətlərini vurğulayaraq onlara məsul və əhəmiyyətli işlərində uğurlar arzuladı. D.Zamanova “AtaSığorta” barədə də qısa məlumat verdi: ““AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 14,6 milyon manat məcmu kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmət göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir”.
banner

Oxşar Xəbərlər