• çərşənbə, 24 Aprel, 21:27
  • Baku Bakı 23°C

“AtaSığorta” ASC-nin “Xəzər” filialı fəaliyyətə başlamışdır

23.07.14 13:41 1163
“AtaSığorta” ASC-nin “Xəzər” filialı fəaliyyətə başlamışdır
“AtaSığorta” ASC sığorta xidmətlərinə tələbatın artması və hər zaman müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni “Xəzər” filialını istifadəyə verib. “AtaSığorta” ASC-nin “Xəzər” filialı Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsi 15 ünvanında fəaliyyət göstərməyə başlayıb. Rahat və geniş filial binası tam təmir edilib, müasir texnoloji avadanlıqlarla təmin olunub və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilib. Müasir tələblərə cavab verən “Xəzər” filialı şirkətin həm fiziki, həm də korporativ müştərilərinə etibarlı sığorta xidmətləri göstərəcəkdir.
Açılış mərasimində çıxış edən İdarə Heyətinin sədri cənab Müseyib Əliyev mərasim iştirakçılarını salamlayaraq qeyd edib ki, “AtaSığorta” hər zaman müştərilərinə daha da yaxın olmaqla onlara keyfiyyətli sığorta xidmətləri göstərməyə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, yeni filial “AtaSığorta” ASC-nin strategiyasına uyğun olaraq biznesin inkişafına dəstək göstərməklə şirkətin funksiyalarını həyata keçirəcəkdir. Filialın rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir.
Xatırladaq ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər