• cümə, 19 Aprel, 03:19
  • Baku Bakı 18°C

Atasından polisə şikayət etdi

03.02.15 08:12 1064
Atasından polisə şikayət etdi
Ağcabədi rayonunda silahlı insident baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Fevralın 2-də Ağcabədi rayonunun Mehrablı kəndində yaşayan Laçın rayon sakini Talıb Hətəmov Rayon Polis Şöbəsinə müraciət edərək fevralın 1-də həyətinə gəlmiş atası Əlifin sərxoş vəziyyətdə tüfəngdən havaya 5 dəfə atəş açdığını bildirib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən 5 ədəd giliz, Əlif Hətəmovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Ə.Hətəmov izahatında meşə zolağındakı vəhşi heyvanları qorxutmaq üçün atəş açdığını deyib.
banner

Oxşar Xəbərlər