• cümə, 19 Aprel, 07:25
  • Baku Bakı 13°C

Atasına inanmadılar, cərimələdilər

10.07.19 11:21 640
Atasına inanmadılar, cərimələdilər
PSJ-nin futbolçusu Neymarın klubun düşərgəsinə gəlmədiyi ilə bağlı xəbər vermişdik.
Kaspi.az xəbər verir ki, bu məlumatı klubun saytı yaymışdı. Amma Neymarın atası açıqlama verərək bildirmişdi ki, oğlu xeyriyyə tədbirində iştirak etdiyi üçün düşərgədə yoxdur. O, iddia etmişdi ki, bu barədə PSJ rəhbərliyinin məlumatı bir il əvvəldən olub.
Ancaq görünür, Paris klubunun rəsmiləri Neymarın atasının dedikləri ilə razılaşmayıblar. PSJ Neymarı 375 min avro cərimə edib.
Mətbuatda isə belə söz-söhbət gəzir ki, Neymar "Barselona”ya keçmək istədiyi üçün bazaya qayıtmayıb.
banner

Oxşar Xəbərlər