Atası onun “Barsa”ya keçə biləcəyinə işarə verdi
"Mançester
Siti”nin hücumçusu Serxio Aquero karyerasını "Barselona”da davam etdirə bilər.
Kaspi.az xəbər
verir ki, Aqueronun atası Leonel Del Kastilo məsələ ilə bağlı açıqlama verib.
O, oğlunun "Barsa”ya keçə biləcəyini istisna etməyib:
"Barselona”ya
keçid? Hər şey ola bilər. Yeni mövsümə çoxları yeni klubda başlayır.
Amma bütün
hallarda, hər dəfə Serxio ilə söhbət etdikdə, o, "İndependyenta”ya qayıtmaq istədiyini
vurğulayır. Ancaq nə vaxt qayıdacağını hələ dəqiqləşdirməyib”.
Aqueronun "Siti”
ilə müqaviləsi 2020-ci ildə başa çatır. O, bir neçə dəfə bildirib ki,
karyerasını Argentinada başa vurmaq istəyir.