• şənbə, 20 Aprel, 20:06
  • Baku Bakı 24°C

Atası “Çelsi” naminə siqareti tərgitməyi məsləhət görüb

10.09.18 14:05 613
Atası “Çelsi” naminə siqareti tərgitməyi məsləhət görüb
Mauritsio Sarri "Çelsi”nin təklifini atasının məsləhəti ilə qəbul edib.
Kaspi.az xəbər verir ki, Sarri "Çelsi”dən təklif alarkən, atası ona məsləhət görüb ki, mütləq Londona getsin. Bu barədə mütəxəssis özü məlumat verib:
"Atam biləndə ki, "Çelsi”dən təklif almışam, məsləhət gördü ki, mütləq Londona gedim. Çünki bunu düzgün addım hesab edirdi.
Atam hətta mənə dedi ki, "Çelsi”də işləmək naminə siqareti də tərgit. O, yeganə adamdır ki, 5 dəqiqə ərzində mənim tərəddüdlərimə son qoya bilər”.
Sarri həddindən artıq çox siqaret çəkməsi ilə də diqqət mərkəzinə düşüb. Ancaq İngiltərə Premyer Liqasında oyun zamanı stadionda siqaret çəkmək qadağandır. Buna görə də, Mouritsio bu müddətdə siqaretsizliyə dözmək məcburiyyətindədir.
banner

Oxşar Xəbərlər