AZE | RUS | ENG |

Ataol Bəhramoğlunun uğuru

Ataol Bəhramoğlunun uğuru
İstanbul Aydın Universitetinin tərcüməçilik fakültəsinin bölmə rəhbəri, şair Ataol Bəhramoğluna Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının fəxri üzvü adı verilib. "MediaBookBub”ın xəbərinə görə YUNESKO tərəfindən dəstəklənən akademiya uzun müddətdir apardığı seçimlərdən sonra bu ada ən çox Bəhramoğlunun layiq olduğuna qənaət gətirib. Üzvlük sənədi ustad şairə Parisdə təşkil edilən təntənəli mərasimdə akademiyanın qurucusu Nikol Lemar Aqaqio tərəfindən təqdim olunub. Bir çox ölkədən qatılan yüzə yaxın şair, elm və incəsənət xadimi arasından bu ada bir də ukraynalı fizik, bu ilin Nobel namizədi olmağa çalışan Oleksandr Karotko layiq görülüb.
Mərasimdə çıxış edərkən "şeir, fəlsəfə və texniki elmlər” arasında qurulan əlaqənin uzunömürlülüyünə diqqət çəkən Ataol Bəhramoğlu "Körpələrin irqi yoxdur” şeirinin fransız dilində tərcüməsini səsləndirərək, minnətdarlığını bildirib. 
Məlumat üçün bildirək ki, 1980-ci ildə qurulan Avropa Elm, İncəsənət və Ədəbiyyat akademiyasının əsas hədəfi profil sahələri üzrə çalışan, bu işlərə əmək verənləri bir araya gətirdiyi konfrans və panellərlə Avropa ölkələri arasında yeni bir intellektual-mədəni şəbəkə yaratmaqdır.
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000