• çərşənbə, 24 Aprel, 17:41
  • Baku Bakı 27°C

ATAK zərbə helikopterlərinin Pakistana tədarükünün qarşısı alındı

08.03.21 16:45 710
ATAK zərbə helikopterlərinin Pakistana tədarükünün qarşısı alındı
ABŞ Türkiyənin 30 ATAK zərbə helikopterinin Pakistana tədarükünün qarşısını alıb.
Kaspi.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın "Bloomberg”ə müsahibəsində Rusiya istehsalı olan "S-400” raketi ilə bağlı ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyasından danışarkən bildirib.
Onun sözlərinə görə, bu tenderi, çox güman, Çin əldə edəcək:
"ABŞ Pakistana satmaq üçün planlaşdırılan döyüş helikopterinin tədarükünün qarşısını alıb. Bu, tenderi Çinin əldə etməsi ilə nəticələnəcək. Ancaq bu məsələdə uduzan ABŞ olacaq”.
Türkiyə Müdafiə Sənayesinin Mətbuat xidmətindən "RİA Novosti”yə bildirilib ki, 2018-ci ilin iyulunda 30 ATAK helikopterin tədarükü ilə bağlı Pakistanla Türkiyə arasında müqavilə imzalanıb. Bu Türkiyənin müdafiə məhsullarının eyni vaxtda tədarükü ilə bağlı imzalanan ilk irihəcmli müqavilə olub. Müqavilənin ümumi məbləği 1,5 milyard ABŞ dollarıdır. ABŞ həmin helikopterdə istifadə olunan mühərriyə lisenziyanı verməkdən imtina edib. Bu səbəbdən Türkiyə helikopter üçün öz mühərriyini hazırlayır. (Report)
banner

Oxşar Xəbərlər