• cümə, 19 Aprel, 10:55
  • Baku Bakı 13°C

“AtaBank”ın müştərisi Braziliyadakı futbol həyəcanını yaşadı!

24.07.14 15:44 1292
“AtaBank”ın müştərisi Braziliyadakı futbol həyəcanını yaşadı!
“AtaBank” ASC və “VISA İnternational” tərəfindən təşkil olunan lotereyanın qalibi Bəxtiyar Bədəlov Braziliyadakı futbol həyəcanını yaşayıb. 10 mart - 30 aprel tarixində təşkil olunan lotereyanın nəticələrinə görə 2014-cü ildə Braziliyadakı keçirilən futbol üzrə Dünya Çempionatına 2 nəfərlik səyahətin sahibi “AtaBank” ASC-nin müştərisi Bəxtiyar Bədəlov olub.
B.Bədəlov VISA kartı ilə 1 manatlıq ödəniş etməklə “Braziliyadakı futbol həyəcanını canlı izlə!” lotereyasının qalibi olub. Xatırladaq ki, qaliblər təsadüfi seçim yolu ilə seçilib.
B.Bədəlov “VISA International” şirkəti tərəfindən Nigeriya-Argentina oyununa biletlər daxil olmaqla Braziliyaya 2 nəfərlik turistik paket və “AtaBank” ASC tərəfindən qiymətli hədiyyələrlə təltif edilib.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Xatırladaq ki, bu il “AtaBank” ASC ilə VISA International arasında olan əməkdaşlığın 10 ili tamam olur.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər