• şənbə, 20 Aprel, 09:50
  • Baku Bakı 14°C

“AtaBank müştərilərinə daim innovativ məhsullar təqdim edib”

05.11.14 12:06 1274
“AtaBank müştərilərinə daim innovativ məhsullar təqdim edib”
Etibar Babaşlı: “Gələcək illərdə də müştərilərimizin ehtiyaclarını tam şəkildə qarşılayan, onlara bankçılıq xidmətlərindən rahatlıqla istifadə edə biləcəkləri imkanı yaradan dost qurum olaraq qalacağıq”

Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC özünün “AtaNet” internet bankçılıq məhsulunun təqdimat mərasimini keçirib. Tədbirdə bankın həm fiziki, həm də hüquqi şəxs olan müştəriləri iştirak ediblər. Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub. Yenilik isə ondan ibarətdir ki, “AtaNet” məhsulu ASAN imza ilə inteqrasiya olunmuş ilk internet bankçılıq məhsuludur. Bu məhsul korporativ biznes nümayəndələrinin, fərdi sahibkarların və VIP müştərilərin ehtiyacına və tələblərinə uyğun olaraq işlənib hazırlanıb. “AtaNet” ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir bankçılıq sistemidir. Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün sadəcə Bankın veb-səhifəsinə daxil olmaq lazımdır.
Tədbirdə çıxış edən Sədr müavini Etibar Babaşlı qeyd edib ki, Bank müştərilərinə daim innovativ məhsullar təqdim edib və edəcəkdir. Sürətlə inkişaf edən Bankın cari ilin ilk 9 ayının nəticələrinə görə aktivlərinin 458,6 mln manat, kredit portfelinin 336,1 mln manat, məcmu kapitalının 60,1 mln manat və mənfəətinin 7,8 mln manat olduğunu vurğulayan Sədr müavini əlavə edib ki, Bank hal-hazırda 2015-2018-ci illər üçün İnkişaf üzrə Strateji Planı hazırlamaqdadır. “AtaBank”ın gələcək illərdə də müştərilərin ehtiyaclarını tam şəkildə qarşılayan, onlara bankçılıq xidmətlərindən rahatlıqla istifadə edə biləcəkləri imkanı yaradan, təkcə bank deyil, bütün maliyyə məsələləri üzrə dost qurum olaraq qalacaqlarını bildirərək cənab Babaşlı bununla da çıxışını yekunlaşdırıb.
Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olaraq fəaliyyətini davam etdirməkdədir. Bank korporativ və fərdi müştərilərə tam spektr maliyyə xidmətləri təqdim edir. "AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.
Kaspi.az
banner

Oxşar Xəbərlər