• çərşənbə, 17 Aprel, 03:31
  • Baku Bakı 14°C

ATAA ilə ATBA daxili turizmin bərpası və inkişafı üçün əməkdaşlığı genişləndirir

02.03.21 11:23 557
ATAA ilə ATBA daxili turizmin bərpası və inkişafı üçün əməkdaşlığı genişləndirir
Martın 1-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası arasında post pandemiya dövründə daxili turizmin bərpası və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə işgüzar görüş keçirilib.
Görüş çərçivəsində paytaxda və regionlarda mövcud olan turizm istiqamətlərinin və turizm məhsullarının tanıdılması, keyfiyyətli turizm faəliyyətinin qurulması və ictimai birliklər arasında qarşılıqlı iş birliyinin yaradılmasına dair fikir mübadiləsi aparılıb. Regionların turizm potensialının üzə çıxarılmasında blogerlərin rolunu yüksək qiymətləndirən Azərbaycan Turzm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev, turizim şirkətləri ilə blogerlərin birgə fəaliyyətinin ölkə turizminin inkişafı və təbliği, eləcə də yeni məhsulların və istiqamətlərin yaradılması baxımından müsbət dəyişikliklər yarada biləcəyini deyib. Görüşdə çıxış edən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Azər Qərib, dünya turizminə böyük zərbə vuran COVİD-19 pandemiyası səbəbindən digər turizm subyektləri kimi blogerlərin də uzun müddət fəaliyyət göstərmədiyini diqqətə çatdırıb. Assosiasiyanın post pandemiya dövründə ATAA ilə birgə əməkdaşlıq edərək ölkə turizminin bərpasında yaxından iştirak etməkdə maraqlı olduğunu deyən Azər Qərib, daxili turizmin təbliği baxımından blogerlərin fəaliyyətinin yenidən bərpa olunmasının vacib olduğunu bildirib.
Görüş çərçivəsində Azərbaycan Turzm Agentlikləri Assosiasiyası ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığın qurulmasına dair anlaşma sazişi imzalanıb.

banner

Oxşar Xəbərlər