• cümə, 19 Aprel, 07:58
  • Baku Bakı 13°C

Ata ömrü mif kimi

23.08.14 12:06 1805
Ata ömrü mif kimi
Azərbaycanın böyük şairi Məmməd İsmayılın bu əsəri yazması labüd və qaçılmaz idi. Seirlərindən və poemalarından gəldiyim qənaət budur.
Bu roman Məmməd İsmayılın tale kitabıdır. İnsanın yaşam və iç təcrübəsi memuar, xatirə, gündəlik formasında da ola bilərdi. Moris Blanşo deyirdi ki, istənilən iç təcrübəsi başqasına yonəlir.
Məmməd İsmayıl yaşam hekayəsinə bədii roman forması vermək üçün hadisələri, iç yaşantılarını mifolojı məkana keçirir.
Bu roman ruhun yasam hekayətdir. Bu hekayət Məmməd İsmayıl üçün o qədər sərt və gerçəkdirki, ondan qurtulmağın bircə yolu vardı: Muradın ömrünü mif və metafora kimi yazmaq!
“İz” romanın adı və təhkiyədə sadəcə təkrarlanan bir sözcuk deyil, fəlsəfi anlamdır. Bu dünyada hər kəsin, hər nəsnənin izi var. Epiqraflarda “iz” sözü sıx-sıx keçir: “Dünyanın silinməz izi ya göz yaşı, ya da qan izidir”, yaxud “Hər acı özündən sonra bir iz buraxır”. Aşağıdaki dialoqda sözün poetik nüvəsini görmək olar:
“- O qum üstündə gördüyün izlərimi deyirsən? Onlar sənin yox, mənim izlərimdi.
- Bəs mənim izlərim hardadır?
- Sənin izlərin oımazdı.
- Niyə ki?!
- Çünki çətin anlarında sən mənim qucağında idin...”
XX yüzil fransız filosofu E. Levinasın fikrincə. “iz heç vaxt burda olmamış, artıq həmişəlik ötub keçmiş nəsnənin mövcudluğudur”.
Bu nəsnənin mövcudluğu başqa əsərlərində də keçir. “Elçilər qayıtdı” poemasından bir bəndi xatırlayaq:
Qucağı yarpaqlı yollara çıxsaq,
Xəzan dünyasına aparar bizi
Solan çiçəklərə, güllərə baxsaq,
Nəzəri cəlb edər dörd ayaq izi.
Romanda qəbristanlıq səhnəsinin diqqətçəkən detalı səkkiz ayaq izidir: “... qarlı el yolu ilə səkkiz ayaq izi qəbristana ......”
“İz” romanı əslində bir metaforik mətndir. Metaforik təfəkkür tipi müəllifin şairliyindən gəlirsə, digər tərəfdən, yaşam təcrübəsini, müdrikliyini alleqorik-aforistik dilə çevirməsi ilə əlaqədardır. Qaraçı qızın bazarda Murada dediklərini xatırlayın: “Unutma, həyatım bu gün bazarda satdığın çətənə ceviz kimdir, qırsan qırılmaz, yesən, yeyilməz.”
“İz” yalnız süjeti təşkil edən, mənalar çevrəsini yaradan əsas motiv deyil, həm də metaforadır. “İz” alın yazısı kimi bir şeydi, sonuna çıxana qədər səni haraya aparcağını bilmirsən”.
Z. Freyd qeyd ediri ki, metafora psixoterapevtik xarakterə malikdir. Yazıçı ömründə dərin iz buraxmış, şırım açmış uşaqlığı ixtiyar çağda yenidən yazmaqla içinə hüzur qazandırmış olur.
“İz” sözün çoxmənalı ifadə imkanlarını genişləndirir. Oğruların heyvan izlərini evin ətrafına dolandırmaları kiminsə boğazına dolanan kələf, edam kəndiri kimi mənalandırılır.
Əsərlərin təhkiyəsi inanc enerjisi ilə yüklənibdir. Epiqraflardan tutulmuş mətndaxili ricətlərə, haşiyələrə, bədii suallara qədər süjetin təşkili bu enerjinin təsiri altındadır.
Bu inanc elin hikmət xəzinəsi ilə, nəsildən nəsilə ötürülən əfsanə və rəvayətlərdən, mübarək hədislərdən, Aşıq Əsədin dastanlarından süzülüb müdriklik ilə birləşir. Bu müdrillik fəlsəfi-aforistik ümumiləşdirmələrdə, dialoqların nəsihət tonunda aydın görünür. Dünyaya müdrik baxış müəlliflə Şəmşəd kişinin obrazlarını eyniləşdirir.
Tanrı ilə əlaqə heç zaman kəsilmir. Molla Cabbar və Şəmşid kişi arasında dialoq fıkrımızın sübutu ola bilir.
Roman tale-qədər haqqında bir şairin dünyagörüşünün, sufiyanə qənaətlərinin ifadəsidir. Ona görə də ruhların yaşam hekayəsini hədislərin, pritçavari dialoqların dili ilə bildirir: “Ay Cabbar, sən gərək bunu məndən yaxşı biləsən, ən təmiz məbəd inasan ürəyidir. Gözəgörünən məscidlər o kəslər üçündür ki, Allahın həqiqi işığını görmək üçün hələ könül gözləri açılmayıb”.
Doğrudan da əsl fəlakət kənddə yalnız məscidlərin uçurulması deyil, “içimizdəki məbədlərin” tarmar edilməsi üzündən talelər kor, qadınlar dul, uşaqlar yetim qalıb.
Məhz Şəmşəd kişinin pirani-nurani statusu Camalı elin qınağından, dedi-godulardan, uşağı isə ölümdən xilas edir.
Cənnət-cəhənnəm, savab-günah, halal-haram, haqq-nahaq, doğru-yalan kimi inanc qarşıdurmaları əsərin mənəvi mahiyyətini təşkil edir.
Əsərin içində bir folklor ruzgarı dolaşır ki, bu da şairin ədəbi dünyagörünüşünə, əsərin tənkiyə-üslub məntiqinə uyğundur.
Şəmşəd kişinin müdrik qoca kimi, Muradın xalq qəhrəmanı kimi verilməsi folklor poetikasından gələn məsələdir.
Şəmşəd kişi müdrik qoca arxetipinin daşıyıcısıdır. Nuranı-pirani bir köy sufisidir: “Arzu və düşüncələrində nə pul vardır, nə var, nə şeytani aldatmacalar. Damarını dağıdan gözəgörünməz ilahi gücdən və bu gücə xidmətdən başqa onu fani dünyaya bağlayacaq heç nə yaxdur...”. Daim Allahın gözəl adlarını zikr edir. Dilindən dualalar düşmür.
Gülüzənin təsviri ozan üslubuna, dastan təhkiyəsinə xas olan portret formuludur: “Ceyran dırnaqlı, bəyaz kəkilli, qızıl yallı, geniş sağrılı, demə-görmə Qırat misallı bir atdı Gülüzə. Yağ damlayan yalmanı günəşdə güzgülənən qıyaq ota bənzəyirdi.”
Murad epik qəhrəmanlara aid olan atributlara – ata (Gülüzə) və silaha malikdir.
Muradın adı və atı eyni assosiativ-məna çevrəsinə daxildir (Müqayısə edin: “At muraddır”).
Romanda islam inancı ilə şamançılığın birləşməsi maraqlı sinkretinlik yaratmışdır süjetin “şamançılıq qatında at, alma, qara qoç obrazları mühüm yer alır və bu simvolik obrazların hər birinin də öz tarixçəsi, öz tale mətni” var. Bu talelər baş qəhrəmanların – Muradın taleyi ilə sıx bağlıdır. Muradın ömrünün mifoloji mətnə çevirmək üçün bu simvolik obrazların mövcudluğu zəruri idi:
“Əvvəl-əvvəl çöpüklü dayça olan Güluzəni – Murad bir payız günü evlərinin üst tərəfindəki kalafalıqda görmüşdü. Yorulub yolda qaldığı hər halından bəlli idi. Soyuqdan tükləri biz-biz olmuşdu, tir-tir titrəmişdi” – atın romanda tərcümeyi-halı belə başlayır.
Yanıl almanın öz “soy-nəcabəti” var: caladığı (Şəmşəd kişinin – R.K.) bir alma ağacı vardı ki, Murad onun üstündə əsərdi. Ay qağa, deyərdi, heç bilirsən bu necə almadı, biz dənəsi bir kilo gəlir...”:
“Qara qoc Gəlin qoyunun balasıydı. Belə olmasaydı Şəmşəd kişi heç onu qardaşına qurban deyərdimi?”
Bu obrazlar romanın simvolik şəbəkəsini yaradır.
Yazıçı Muradı qurbanlıq kimi verməklə onu qutsallaşdırır. Onunla bağlı obrazlar da qutsaldır-qurbanlıq və nəzir üçündür. Qurbanlıq qara qoc qurda yem olur, alma quruyur, becə balı isə zəhərə dönür. Gülüzə gülləyə tuş gəlir.
Personajların fiziki qüsürları günahların və qargışların nəticəsidir. Kamış şikəstdir, sol ayağını müharibədə mərmi aparıbdı.
Havali Camal dəyirmanda zorlanaraq dünyaya bic və şikəst uşaq gətirir. Uşaq pəltək olduğu üçün adını “Kınkı” qoyurlar.
Tanrı Çobana qargayır, “çoxdan evlənsələrdə də, Gövhərlə Çobanın uşağı olmurdu.”
Öloğlu bədnəzərdir, hamı onun yaşıl ilan gözündən qorxur.
Kənd evlərinin formasını bildirən epitetlər sanki bu “sikəstlik sindromu”nu daha da qabardır. Məsələn: “Yastı-yapalaq qozbel kənd evləri...”, “Günün günortası donqarbel daxmalarda..”.
Bu kənddə margınal varlıqlar məsukunlaşıbdır: onlar iki dünyanın arasındadırlar. Kaftar yuxuları ilə, poçtalyonluğu ilə ölülər dirilər dünyası arasında vasitəçilik edir.
Qaraçı qız da bu silsiləyə daxildir.
Romanın məkanı atasızlıq məkanıdır. Burdə atalar, kişilər olümlüdür. Bəzi hallarda diri olsalar da, uşaqlar yetim sayılır. Muradın həyatı ölüm zonalarında, əsgərlikdə və məhbəsdə keçir və axırda onun da ölüm xəbəri-qara kağızı gəlıir. Güzar atasız qalır.
Məmməd İsmayılı arxasındaki adam maraqlandırıbdır. “Arxadaki adam” ruhdur, kabusdur, kölgədir, özdir.
“İstədi, ürəyindən keçənləri dilinə də gətirsin, qum üstündə yox olan iki izi soruşsun. Bu zaman yenə əvvəlki kimi su şırıltısına bənzər səslər eşitdi.”
Romanda personajları ifadə sferasına görə iki yerə ayırmaq olar. Qadınlar səs, kişilər söz sferasına baglıdırlar. Hətta qiybət də səslə ötürülür.
Ananın səsi, güllə səsi, qamçı səsi, ağlaşmalar, bağırtılar çığırlılar ölümün, dərdin, carəsizliyin, ağrının, ayrılığın ifadəsidir. Müəllif bu səslərin tərcümanı olub, onları sözə, mənaya çevirir.
Kişilər sanki səsdən məhrumdurlar. Onlar (Molla Cabbar, Şəmşəd kişi, Aşıq Əsəd, Qəni, Murad...) sözün daşıyıcılarıdırlar: ibrətli kəlamlar, inanc sözləri, şərləmələr, yalanlar kişilərin sözdə gerçəkləşdirdiyi ünsiyyət imkanlardır.
Qadınların səsi və kişilərin sözü əsərin bütövlüyünü tamamlayır. Ancaq səsin sözü üstələdiyi məqamlar da çox olur. Kişilər sözün, qadınlar səsin dalınca gedirlər: “Səs hərdənbir cənazənin arxasınca yetişir, hərdən də bulud arxasında gizlənən günəç səfəqləri kimi əriyib yox olur, Laydır-cənazənın – qəmin altında belləri bükülən üç gəlin bu səsi tutub xısın-xısın ediləşir..”
Əslində Məmməd İsmayıl yaddaşındakı səsləri və izləri toplayıb tale-qədər mətnini bərpa edir. Səs vasitəsi ilə zamanın axarından qopardığı ömür səhnələrini görümlü edir.
Səslər qaranlığın təzahür formalarından birdir. Səs qaranlığın, qara rəngin ayrılmaz elementidir. Camal hər axşam “qaratıkan kollarının arasındakı qaranlığın içindən səs eşidir.” Güllə və qamçı səsləri qaranlığı diksindirir. Qaranlıqda öskürək səsi yadın, özgənnin yaxınlığın bildirir. Zəhra arvadın qaranlıqda cıy-cıy səsi Muradı fikirdən ayırır.
Qara rəngin qatılığı və tündlüyü əsərin mistik effektini gücləndirir. Qara rəng mətndə ayrıca funksional mövqeyə malikdir.
Qarabulaq, Qaratel, qara qoç, qaranlıq, qaraçı “qara” sözünün adlarda gerçəkləşdirdyi variasiyalardır.
Romanın əvvəlində “qara”taleyin işarəti kimi çıxış edir. Hətta “qara” rəng “qar” sözünün öz məna məntiqinə tabe edir (“Ayağı üşüdən qar deyil, qəfil gələn qəmdi, qara gündü”), axırında isə qəhramanın qara kağızı gəlir.
Yalnız mifoloji-poetik təfəkkür “ağ-qara” antitezasını bir cümlədə verə bilər. “Qara qoç qara xəbər kimi Tor təpənin ağ dumanında qaralmağındaydı”.
Bozbulanıq “qara”nın bir çalarıdır.
Qara rəng estetik funksiyadan başqa, obrazlarla məkana mistik məzmun gətirir. Bu kənd qara bəxti, qaragünlü qadınların məkanıdır. Burda insanın mutlu olması, murada çatması mümkünsüzdür.
Burada ölüm mütləq hadisədir, bu mürgülü kəndin “korafəhım ahəngini kiminsə qırılan ömrü pozur”.
Qəribədir: süjet dəfn-ölüm mərasimi ilə başlayır (“bir ölü kənd qəbristanına qadınların çıynində gedir”). Kaftarın yuxusunda ölüm simvolikasının təsviri ilə tamamlanır.
Beləliklə, qara çevrə qapanır.
Bu roman Məmməd İsmayılın içindəki ağrını söyləmək imkanıdır. Axı, ağrı heç zaman yalan söyləmir. Ağrının səsi faciənin musiqisidir. Katarsis bundan sonra başlayır.
Katarsis insana keçmişin qara yükündən qurtulmaq macalı, içinə şükranlıq və hüzur işığı gətirir.
banner

Oxşar Xəbərlər