• şənbə, 27 Aprel, 01:46
  • Baku Bakı 14°C

Aşura mərasimi ilə bağlı qanvermə aksiyası başlayıb

14.11.13 08:58 1515
Aşura mərasimi ilə bağlı qanvermə aksiyası başlayıb
APA-nın xəbərinə görə, Aşura mərasimi saat 9-da başlayıb.
Saat 8-dən etibarən isə məsciddə könüllü qanvermə aksiyası keçirilir.
Səhiyyə Nazirliyinin (SN) Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov jurnalistlərə açıqlamasında bildirib ki, Aşura münasibəti ilə QMİ və SN-in birgə təşkilatçılığı ilə Bakıda və regionlarda saat 8-dan başlayaraq könüllü qanvermə aksiyası keçirilir.
Bakıda 8, regionlarda 7 yerdə aksiya başlayıb.
Saat 9-a olan məlumata görə, respublika üzrə 536 nəfər qan verib. Bu keçən ilin analoji dövrü ilə müqayisədə 172 nəfər çoxdur.
Nazirlik nümayəndəsi qeyd edib ki, aksiyada 5000-dən çox insanın iştirakı gözlənilir.
banner

Oxşar Xəbərlər