• çərşənbə, 24 Aprel, 19:54
  • Baku Bakı 23°C

“Aşura günü”ndə 3643 nəfər könüllü qan verib

14.11.13 15:45 1452
“Aşura günü”ndə 3643 nəfər könüllü qan verib
Məhərrimlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səhər saatlarından başlayan qanvermə aksiyalarında bu saatlara kimi respublika üzrə 3643 nəfər könüllü olaraq qan verib. Mərasimlər Bakı şəhərində Elmi Tədqiqat Hematologiya və Transfuzioloqiya İnstitutunda, habelə Bakı şəhəri “Təzəpir”, “Mirmövsüm ağa”, “İçərişəhər Cümə”, “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, bölgələrdən Sumqayıt şəhər “Cümə məscidi”ndə, Gəncə şəhər “İmamzadə məscidi”ndə, Lənkəran şəhər “Böyükbazar məscidi”ndə, Mingəçevir şəhər “Heydər məscidi”ndə, Şəki şəhər “Cümə məscidi”ndə və Bərdə şəhər “Cümə məscidi”ndə təşkil edilib. Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
banner

Oxşar Xəbərlər