Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahlar SİYAHI

Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahlar SİYAHI

Cəmiyyət
22 Noyabr 2012, 10:47 1363
Qafqaz Müsəlmanları İdarəsi Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb.

QMİ-dən APA-ya verilən məlumata görə, noyabrın 25-də Bakıdakı yeddi və bölgələrdəki altı məsciddə QMİ-nin xətti ilə qanvermə aksiyası keçiriləcək.

Vətəndaşların qan verə biləcəyi məscidlər –Təzəpir məscidi, Hacı Soltanəli məscidi, Bibiheybət məscidi, İçərişəhər Cümə məscidi, Qaraçuxur məscidi, Mir Mövsüm ağa ziyarətgahı, Keşlə qəsəbə məscidi, Sumqayıt şəhər Cümə məscidi, Gəncədə yerləşən İmamzadə məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhər məscidi, Lənkəran şəhər Böyükbazar məscidi, Bərdə şəhər Cümə məscididir.