• çərşənbə axşamı, 23 aprel, 18:03
  • Baku Bakı 20°C

Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

18.09.19 09:52 476
Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib.
Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.
4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub.
HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə Sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq gaydalara uygun olarag zərərsizləşdirilib.
banner

Oxşar Xəbərlər