• cümə axşamı, 25 aprel, 22:49
  • Baku Bakı 21°C

Aşura günü Azərbaycanda qeyri-iş günü sayılmayacaq?

30.10.14 12:17 1895
Aşura günü Azərbaycanda qeyri-iş günü sayılmayacaq?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura gününün ölkədə qeyri-iş günü elan olunmasını tələb edənlərə cavab verib.
M. Qurbanlı APA-ya açıqlamasında bildirib ki, Azərbaycan dünyəvi dövlətdir, ölkədə dini baxımdan əhalinin 96 faizi müsəlman olması etibarı ilə bütün İslam aləminin qəbul etdiyi bütün xüsusi günlər - Ramazan və Qurban bayramları qeyd olunur.
Komitə sədri qeyd edib ki, bu sıraya məxsusi olaraq Aşura gününün də qeyd olunması əlavə edilsə, Azərbaycanda yaşayan digər dini təriqətlərə qarşı bir növ ayrı-seçkilik yaradılmış olur: “Bu nüansı gərək hamı başa düşsün. Məsələn, İran bütöv bir ölkə olaraq şiələrin yaşadığı ölkədir. Amma Azərbaycanda aşağı-yuxarı təxminən 60 faizə qədər miqdarda şiələr var. Dövlət də burada ayrı-seçkilik etmək istəmir. Onsuz da həmin gün insanlar məscidlərə gedir, Aşura gününü necə lazımdır, qeyd edir. Qafqaz Müsəlmanları İdarəsi də ayrıca fətva verir. Dövlətin bura rəsmi müdaxiləsi lazım deyil”.
banner

Oxşar Xəbərlər