• cümə, 26 Aprel, 18:11
  • Baku Bakı 22°C

Aşura günü 1863,3 litr qan toplandı

12.10.16 18:36 1104
Aşura günü 1863,3 litr qan toplandı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib.
Aksiyalar Bakı şəhərinin 9 regionların isə 6 məsciddə keçirilib. Əvvəlki illərdən fərqli olaraq bu il əlavə Quba və Şirvan Qan bankı bölmələribə könüllü aksiyalar təşkil olunub. Nazirlikdən "Kaspi"yə verilən məlumata görə,"Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "Cümə", "Qaraçuxur", " Hacı Soltan-Əli" Keşlə qəsəbə məscidləri, Hacı Əjdər məscidi, Nardaran məscidi, Sumqayıt şəhər Cümə məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhər məscidi, Gəncə şəhər İmamzadə məscidi, Bərdə şəhər Cümə məscidi, Lənkəran şəhər Böyükbazar məscidi, MQB-nın Şirvan bölməsi, MQB-nın Quba bölməsi. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qanvermə aksiyaları keçirilib.
Saat 9:00-dan 18.00-a kimi aksiyalarda 4141 nəfər könüllü olaraq qan verib və nəticədə 1863,3 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!
Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.
banner

Oxşar Xəbərlər