• şənbə, 20 Aprel, 17:07
  • Baku Bakı 23°C

Zəlzələdən dağılan 152 evin tikintisi başa çatmaq üzrədir

22.06.19 09:52 504
Zəlzələdən dağılan 152 evin tikintisi başa çatmaq üzrədir
Ağsu rayonunda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam edir.
Ağsu Fövqəladə Hallar Komissiyasından Trend-ə verilən məlumata görə, hazırda qəzalı evlərin 164-ü sökülüb: "Qəzalı vəziyyətdə olan 152 ev sökülüb, yerində yeni və müasir tipli evlər inşa edilib. 12 qəzalı ev isə hazırda sökülür. Sökülən 152 evin əksəriyyətində tikinti işləri başa çatıb. Hazırda həmin evlərdə tamamlanma işləri aparılır. Yaxın vaxtlarda tikinti-təmir işləri başa çatacaq və həmin evlər ailələrə təhvil veriləcək".
Komissiyadan bildiriblər ki, hadisə nəticəsində qəzalı vəziyyətə düşən digər evlər də yaxın günlərdə sökülərək yerində müasir tipli mənzillər tikiləcək.
Qeyd edək ki, zəlzələ nəticəsində Ağsu rayonunda 220 ev qəzalı vəziyyətə düşüb. Qəzalı evlərin 69-u şəhər ərazisində, 151-i isə kəndlərdədir.
Xatırladaq ki, bu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.
banner

Oxşar Xəbərlər